Yuxarı
    Bağlamaq

    Tacikistan səfiri: "Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik"

    Dinlə
    © Report

    Bakı. 18 may. REPORT.AZ/ "Terrorla mübarizə sahəsində Azərbaycanla çox sıx əməkdaşlıq edirik".

    "Report" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Soli Rustam brifinqdə jurnalistlərə deyib.

    Onun sözlərinə görə, bu, terrorla mübarizənin regional təhlükəsizliyin əsas məsələsi olması ilə bağlıdır: "Ölkələrimiz böyük potensiala və bütün sahələrdə ikitərəfli münasibətlərin müsbət inkişaf dinamikasına malikdir. Terrorla mübarizə, aqrar-sənaye sektoru və turizm prioritet sahələrdir".

    O qeyd edib ki, Tacikistan hökuməti mayın 3-4-də BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində və Qətərin dəstəyi ilə "Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması" mövzusunda Yüksək Səviyyəli Beynəlxalq Konfrans təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi