Stokholmdakı terror aktı qurbanlarının xatirəsinə Bakıda İsveçin dövlət bayrağı endirilib

Stokholmdakı terror aktı qurbanlarının xatirəsinə Bakıda İsveçin dövlət bayrağı endirilib Bayraq saat 14:00-dək endirilib
Xarici siyasət
10 Aprel , 2017 12:58
Stokholmdakı terror aktı qurbanlarının xatirəsinə Bakıda İsveçin dövlət bayrağı endirilib

Bakı. 10 aprel. REPORT.AZ/ İsveç paytaxtı Stokholmda aprelin 7-də törədilmiş terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.

İsveçin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bayraq İsveçdə terror hücumu qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükut elan olunacaq ana qədər - saat 14:00-dək endirilib.

Xatırladaq ki, aprelin 7-də İŞİD terror qruplaşmasına qatılmış terrorçu Stokholmun mərkəzi meydanında yük maşınını insan izdihamının üstünə sürüb. Nəticədə 4 nəfər həlak olub, onlarla adam yaralanıb. Hücumu törətməkdə Özbəkistan vətəndaşı şübhəli bilinir.

Son xəbərlər

Orphus sistemi