Ştaynmayer: "Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu həmişəkindən daha vacibdir"

Ştaynmayer: "Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu həmişəkindən daha vacibdir" ATƏT XİN başçıları Potsdamda siyasi böhranlar və həll olunmamış münaqişələrin çıxış yollarını müzakirə edəcəklər
Xarici siyasət
31 Avqust , 2016 16:04
Ştaynmayer: Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu həmişəkindən daha vacibdir

Bakı. 31 avqust. REPORT.AZ/ Gündəmdə olan bütün əsas məsələlər ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşündə müzakirə olunacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

"Böhranların dünyanı cənginə aldığı indiki vaxtda Dağlıq Qarabağ, Şərqi Ukrayna, Dnestryanı və Avropada mövcud olan digər münaqişələrin həllində, böhranın idarə edilməsində ATƏT-in rolu həmişəkindən daha vacibdir. Bunu həm də sülh və təhlükəsizliyin təminatı məsələsi ilə bağlı deyə bilərik", - Almaniyanın XİN başçısı vurğulayıb.

Xatırladaq ki, XİN Şurasının görüş sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində keçiriləcək. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi