Yuxarı

Səfir: "Misir və Azərbaycan siyasi əməkdaşlığı artıracaq"

Səfir: "Misir və Azərbaycan siyasi əməkdaşlığı artıracaq"
Dinlə

© Report/ Elchin Murad

Bakı. 27 iyul. REPORT.AZ/ "Misir ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir, lakin gələcək inkişaf üçün potensial da var".

"Report" xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim mətbuat konfransında deyib.

"Missiyam dövründə iki ölkə arasındakı münasibətləri yeni keyfiyyətli səviyyəyə qaldırmağa çalışacağam. Bu, əməkdaşlığın bütün sahələrinə, xüsusilə siyasət sahəsinə aiddir. Yaxın gələcəkdə Misir Afrika Ölkələri Liqasına, Azərbaycan isə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu fakt ölkələrimizə bir-birini daha fəal şəkildə dəstəkləmək imkanı verəcək. Eyni zamanda Misir rəsmilərinin qısa zamanda Azərbaycana səfər edəcəklərinə ümid bəsləyirik", - A.İbrahim bildirib.

Diplomat həmçinin turizm sahəsində əməkdaşlığın iki ölkə üçün xüsusi maraq doğurduğunu qeyd edib: "Bu mənada ölkələr arasında birbaşa reyslərin açılması məsələsi də müzakirə olunur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi