Səfir: "Misir və Azərbaycan siyasi əməkdaşlığı artıracaq"

Səfir: "Misir və Azərbaycan siyasi əməkdaşlığı artıracaq" Bakı. 27 iyul. REPORT.AZ/ Misir ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir, lakin gələcək inkişaf üçün potensial da var.
Xarici siyasət
27 İyul , 2018 16:12
Səfir: Misir və Azərbaycan siyasi əməkdaşlığı artıracaq
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 27 iyul. REPORT.AZ/ "Misir ilə Azərbaycan arasındakı əlaqələr yüksək səviyyədədir, lakin gələcək inkişaf üçün potensial da var".

"Report" xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim mətbuat konfransında deyib.

"Missiyam dövründə iki ölkə arasındakı münasibətləri yeni keyfiyyətli səviyyəyə qaldırmağa çalışacağam. Bu, əməkdaşlığın bütün sahələrinə, xüsusilə siyasət sahəsinə aiddir. Yaxın gələcəkdə Misir Afrika Ölkələri Liqasına, Azərbaycan isə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu fakt ölkələrimizə bir-birini daha fəal şəkildə dəstəkləmək imkanı verəcək. Eyni zamanda Misir rəsmilərinin qısa zamanda Azərbaycana səfər edəcəklərinə ümid bəsləyirik", - A.İbrahim bildirib.

Diplomat həmçinin turizm sahəsində əməkdaşlığın iki ölkə üçün xüsusi maraq doğurduğunu qeyd edib: "Bu mənada ölkələr arasında birbaşa reyslərin açılması məsələsi də müzakirə olunur".

Son xəbərlər

Orphus sistemi