Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Bakı. 24 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib.
Xarici siyasət
24 Dekabr , 2018 22:31
Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 24 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər.

Tərəflər Azərbaycan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından vacibliyini ifadə ediblər.

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha əvvəl xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib.

Son xəbərlər

Orphus sistemi