Ramil Usubov İsrailin Azərbaycandakı səfirini qəbul edib

Ramil Usubov İsrailin Azərbaycandakı səfirini qəbul edib Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub
Xarici siyasət
5 İyul , 2016 16:36
Ramil Usubov İsrailin Azərbaycandakı səfirini qəbul edib

Bakı. 5 iyul. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov İsrailin Azərbaycandakı səfiri Don Stavı qəbul edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir görüş zamanı iki xalq arasında əlaqələrin dərin qatlara və qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını, ikitərfəli münasibətlərin qurulmasında ulu öndər Heydər Əliyevin önəmli rolunu vurğulayıb.  Prezident İlham Əliyevin və İsrail rəhbərlərinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın daha da dərinləşdiyi diqqətə çatdırılıb. 

Daha sonra nazir DİN-in strukturu, əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdı problemlər, Ermənistanın ölkəyə təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar və mövcud kriminogen durum barədə məlumat verib.
Son illər polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının İsraildə keçirilən müxtəlif təlim və treninqlərə cəlb edildiklərini, öz peşəkarlıqlarını və ixtisaslarını daha da artırdıqlarını xatırladan nazir İsrailin aidiyyatı strukturları ilə işgüzar əlaqələrə malik olduqlarını nəzərə çatdırıb, o cümlədən Daxili İşlər nazirlikləri səviyyəsində bu əlaqələrin genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə təqdim olunduğunu bildirib.

Problemlərə toxunularkən xüsusən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinin diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının vacibliyi qeyd edilib. 

Səfir Don Stav bir neçə gün əvvəl qeyd olunan Azərbaycan Polisi günü və Ramazan bayramı münasibətilə naziri təbrik edib, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasında, ölkə vətəndaşları ilə bərabər əcnəbilərin də təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərini, bu gün respublikada ən təhlükəsiz dövlətlərdən biri olduğunu vurğulayıb.

O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi