Yuxarı

Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi