Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
15 Noyabr , 2017 15:23
Prezident İlham Əliyev Sloveniya Prezidentini təbrik edib

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi