Nyu-Yorkda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Nyu-Yorkda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak edib
Xarici siyasət
22 Sentyabr , 2017 12:26
Nyu-Yorkda GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 29-cu görüşü keçirilib. 

"Report"un GUAM Mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda bir sıra sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin GUAM-ın digər dövlətlərlə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak edib.

Qeyd edək ki, Baş Assambleyanın sessiyası çərçivəsində GUAM-Yaponiya və GUAM-ABŞ formatlarında nazirlərin görüşləri də keçirilib.

GUAM ölkələrinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Son xəbərlər

Orphus sistemi