Yuxarı

NATO PA-nın prezidenti: "Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik"

NATO PA-nın prezidenti: "Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik"

Təşkilat rəhbəri deyib ki, dünyada baş verən proseslər, mövcud münaqisələr hamini ciddi narahat edir
© Report.az

Tbilisi. 26 may. REPORT.AZ/ "NATO Parlament Assambleyasının yaz sessiyasında bir sıra mühüm məsələlərə, o cümlədən Əfqanıstan, Pakistan, Ukrayna, Moldova və digər bölgələrdə mövcud olan münaqişələrə baxılacaq, dövlətlərin ərazi bütövlüyü də diqqət mərkəzində olacaq".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu NATO PA-nın bu gün Tbilisidə başlayacaq yaz sessiyası ilə əlaqədar təşkil olunan mətbuat konfransında Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib

O qeyd edib ki, Avroatlantik strukturlara inteqrasiya onun ölkəsinin xarici siyasətinin əsas prioritetlərindəndir: "NATO PA-nın yaz sessiyasının Tbilisidə keçirilməsi bu proseslərin daha da sürətlənməsinə səbəb olacaq".
NATO PA-nın prezidenti Paolo Ali sessiyada müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib. Təşkilat rəhbəri deyib ki, dünyada baş verən proseslər, mövcud münaqisələr hamini ciddi narahat edir: "Biz dünyada, eləcə də, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik".
Sonra o, Gürcüstanın NATO-ya üzvlüyü, regiondakı təhdidlər, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı suallarını cavablandirıb.
Qeyd edək ki, mayın 26-dan 29-dək Tbilisidə NATO PA-nın yaz sessiyası keciriləcək. Sessiyada Azərbaycan Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu iştirak edir. 

Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi