Bakı. 16 iyun. REPORT.AZ/ Moldova Baş naziri Pavel Filipin Azərbaycana səfəri gözlənilir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri George Leuka bildirib.
Onun sözlərinə görə, səfər bu ilin payızına - Azərbaycan və Moldova hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək dövrə planlaşdırılır.
O vurğulayıb ki, hazırda münasib tarixin müəyyən edilməsi üzərində işləyirik.