Kanat Amankulov: "Azərbaycan Prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakı gözlənilir"

Kanat Amankulov: "Azərbaycan Prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakı gözlənilir" Sammit Qırğız Respublikasında sentyabrın 3-də keçiriləcək
Xarici siyasət
11 İyul , 2018 10:13
Kanat Amankulov: Azərbaycan Prezidentinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakı gözlənilir

Bişkek. 11 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri gözlənilir.

"Report"un Bişkekə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Türk Şurasının İkinci Gənclər Festivalı çərçivəsində keçirilən "dəyirmi masa"da bu ölkənin gənclər, bədən tərbiyəsi və idman məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov bildirib.

Onun sözlərinə görə, sentyabrın 2-də Bişkekdə növbəti Köçəri oyunlara start veriləcək: "Sentyabrın 3-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçiriləcək. Bu sammitdə Azərbaycan və Türkiyə prezidentləri iştirak edəcəklər, həmçinin Macarıstan prezidentinin iştirakı gözlənilir".

Qeyd edək ki, hazırda Qırğız Respublikası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir.

Son xəbərlər

Orphus sistemi