Yuxarı

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçirilib - FOTO

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçirilib - FOTO
© Report

İstanbul. 29 oktyabr. REPORT.AZ/ İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, Dolmabağça sarayında baş tutan görüşdə Mövlud ÇavuşoğluElmar Məmmədyarov və David Zalkaliani ikitərəfli və üçtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, hər üç ölkə arasında reallaşan mühüm enerji layihələri, və regional münaqişələr ətrafında fikir mübadiləsi aparıblar. 

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov üçtərəfli görüşün regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətinə diqqət çəkib. O, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirib və mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb. 

 Vüsalə Abbasova

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi