Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bakı. 12 mart. REPORT.AZ/ Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.
Xarici siyasət
12 Mart , 2018 12:05
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 12 mart. REPORT.AZ/ Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

G.Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. 

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilməsi planlaşdırılır.

G.Kvirikaşvili azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşəcək, daha sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə hökumət başçısının birinci müavini, iqtisadiyyat və davamlı nkişaf naziri Dmitri Kumsişvili, baş nazir müavini, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, palament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.

Son xəbərlər

Orphus sistemi