Gürcüstanın Azərbaycandakı səfiri GUAM-ın baş katibi ilə görüşüb

Gürcüstanın Azərbaycandakı səfiri GUAM-ın baş katibi ilə görüşüb Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.
Xarici siyasət
18 İyul , 2019 12:10
Gürcüstanın Azərbaycandakı səfiri GUAM-ın baş katibi ilə görüşüb

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə GUAM-ın beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, təşkilata üzv ölkələr regional və beynəlxalq nəqliyyat dəhlizi və marşrutlarının əsas hissələrindən biridir.

Tərəflər nəqliyyat dəhlizlərinin potensialının artırılması məqsədilə GUAM-ın fəal addımlar atmasının əhəmiyyətini vurğulayıblar. Tranzit potensialının artırılması və təşkilata üzv ölkələrlə bağlı məlumatlandırmanı gücləndirmək məqsədilə birgə təqdimatların təşkili nəzərdən keçirilib.

Görüşdə həmçinin turizm sahəsində əməkdaşlıq, birgə turizm layihələri və GUAM ölkələri arasında turizmin inkişafı məsələləri də müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi