Yuxarı

Elmar Məmmədyarov Tacikistanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Elmar Məmmədyarov Tacikistanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Soli Rüstəm etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının yeni təyin olunan səfiri Soli Rüstəmi qəbul edib

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə S.Rüstəm etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Soli Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi