Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tacikistan Respublikasının yeni təyin olunan səfiri Soli Rüstəmi qəbul edib
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə S.Rüstəm etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
Səfir ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Nazir Soli Rüstəmə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
