Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorge Areaza və Baham Adaları Birliyinin xarici işlər naziri Daren Alan Henfild ilə ikitərəfli görüşlər keçirib.
XİN-dən "Report"a verilən məlumata görə, nazirlər ikitərəfli münasibətləri müzakirə edib və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə fikir mübadiləsi aparıblar.