Xarici İşlər naziri
"Report" xəbər verir ki, səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini deyib. Nazir həmçinin Ermənistan-Azərbaycan
Tərəflər Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında birgə komissiyanın fəaliyyətinə və 2018-ci ilin 15-16 may tarixlərində keçirilmiş birinci iclasına toxunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov səfir Dan Stavın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.