Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri ilə görüşüb

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri ilə görüşüb Bakı. 22 yanvar. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
22 Yanvar , 2019 18:24
Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əli Əl-Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluğunu bildirən nazir E.Məmmədyarov iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən qonaqlar münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının vacibliyini diqqətə çatdırıblar. Bu xüsusda, tərəflər davamlı səylərin artırılmasının, eləcə də iqtisadi və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin zəruriliyini bildiriblər.

Tərəflər ikitərəfli dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər.

Fayez bin Abdulla Əli Əl-Şihri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin mövqeyinin dəyişməz qaldığını, münaqişənin beynəlxalq hüququn əsas prinsipləri, ələlxüsus Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı həmçinin tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi