Elmar Məmmədyarov: “Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq”

Elmar Məmmədyarov: “Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq” “Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq”
Xarici siyasət
15 Dekabr , 2016 13:04
Elmar Məmmədyarov: “Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq”

Bakı. 15 dekabr. REPORT.AZ/ “GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı da Azərbaycanın müvafiq bəyanatları mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilməlidir: “Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Misal üçün, biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-a üzvü olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir”.

Son xəbərlər

Orphus sistemi