"Rəsmi Bakı və Moskva arasında böyük və ciddi hüquqi baza var, ikitərəfli münasibətlər strateji əhəmiyyətə malikdir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri
"Ümumilikdə deyə bilərəm ki, bütün məsələlər müzakirə olundu. Münasibətlərimiz strateji əməkdaşlığın uğurlu nümunəsidir", - E.Məmmədyarov vurğulayıb.
Onun sözlərinə görə, tərəflər Rusiya və Azərbaycan XİN-ləri arasında 2020-ci il üçün Məsləhətləşmə Planını imzalayıblar.
Nazir bildirib ki, ölkələr arasındakı ticarət dövriyyəsi artmaqdadır: "Hazırda bu, 2,5 milyard ABŞ dolları təşkil edir və ilin sonuna qədər 3 milyard dollara çata bilər".