Elmar Məmmədyarov: "Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır"

Elmar Məmmədyarov: "Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır" Bu ayın sonunda Avropa Komissiyasının nümayəndə heyəti Bakıya səfər edəcək
Xarici siyasət
18 Oktyabr , 2017 13:42
Elmar Məmmədyarov: Azərbaycan Aİ ilə əməkdaşlıqda maraqlıdır
Report/ Elshan Baba

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda maraqlıdır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşikovski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Hazırda Aİ ilə yeni saziş üzrə müzakirələr aparırıq. Aİ-nin 10 ölkəsi ilə strateji əməkdaşlığımız var", - E.Məmmədyarov bildirib. O, bu ayın sonunda Avropa Komissiyasının nümayəndə heyətinin Bakıya səfər edəcəyini də vurğulayıb.

"Enerji sahəsində strateji əməkdaşlığımız var və bütün sahələrdə müzakirələrə açığıq", - nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi