Yuxarı

Elmar Məmmədyarov Avstriyanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Elmar Məmmədyarov Avstriyanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub və siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialın mövcud olduğu vurğulanıb.

Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

E.Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi