Elmar Məmmədyarov “12 Plyus Geosiyasi Qrupu”nun sədri ilə görüşüb

Elmar Məmmədyarov “12 Plyus Geosiyasi Qrupu”nun sədri ilə görüşüb Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb. 
Xarici siyasət
30 Yanvar , 2018 17:34
Elmar Məmmədyarov “12 Plyus Geosiyasi Qrupu”nun sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun sədri, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın MDB, Avropa Şurası və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığını qeyd edib.

D.Paçeko təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycanla Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi