Dövlət Dumasının Komitə rəhbəri: "Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri yüksəlişdədir"

Dövlət Dumasının Komitə rəhbəri: "Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri yüksəlişdədir" Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya yüksək səviyyəli Parlamentlərarası Komissiyası energetika, nəqliyyat, logistika və s. sahələrdə əməkdaşlıq məsələləri ilə məşğul olacaq.
Xarici siyasət
21 Sentyabr , 2018 17:40
Dövlət Dumasının Komitə rəhbəri: Rusiya-Azərbaycan parlamentlərarası əlaqələri yüksəlişdədir
Report

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan-Rusiya yüksək səviyyəli Parlamentlərarası Komissiyası energetika, nəqliyyat, logistika və s. sahələrdə əməkdaşlıq məsələləri ilə məşğul olacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr şöbəsinin rəhbəri Leonid Kalaşnikov Bakıda mətbuat konfransında məlumat verib.

"Parlamentlərarası əlaqələr yüksəlişdədir. Azərbaycan-Rusiya yüksək səviyyəli Parlamentlərarası Komissiyanı yaratmaqla əlaqələrimizi xeyli yüksəltdik", - deyə bildirən L.Kalaşnikov əlavə edib ki, Rusiya Dövlət Dumasında 6 belə komissiya var.

Onun sözlərinə görə, belə komissiyanın yaradılmasının məqsədi məzmunlu və aktual məsələlərin - energetika, nəqliyyat, logistika, daşınma, "Şimal-Cənub", "Şərq-Qərb" layihələri və digər aktual məsələlərin nəzərdən keçirilməsini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi