Yuxarı

Donald Tramp ABŞ-dakı prezident seçkilərində üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib

Donald Tramp ABŞ-dakı prezident seçkilərində üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib
Tramp: Nəyə görə KİV bu barədə məlumat vermir?

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə əsas rəqibi olan Hillari Klintonun qalib gəldiyi üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

"Vircinia, Nyu Hempşir və Kaliforniya ştatlarında ciddi seçki saxtakarlığı olub. Nəyə görə KİV bu barədə məlumat vermir? Ciddi qərəz böyük problemdir" - D.Tramp yazıb.

Xatırladaq ki, dünən də D.Tramp milyonlarla səsin H.Klintonun lehinə qanunsuz şəkildə verildiyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi