Donald Tramp ABŞ-dakı prezident seçkilərində üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib

Donald Tramp ABŞ-dakı prezident seçkilərində üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib Tramp: "Nəyə görə KİV bu barədə məlumat vermir?"
Xarici siyasət
28 Noyabr , 2016 09:42
Donald Tramp ABŞ-dakı prezident seçkilərində üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkilərdə əsas rəqibi olan Hillari Klintonun qalib gəldiyi üç ştatda ciddi qanun pozuntuları olduğunu bildirib.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Twitter" səhifəsində yazıb.

"Vircinia, Nyu Hempşir və Kaliforniya ştatlarında ciddi seçki saxtakarlığı olub. Nəyə görə KİV bu barədə məlumat vermir? Ciddi qərəz böyük problemdir" - D.Tramp yazıb.

Xatırladaq ki, dünən də D.Tramp milyonlarla səsin H.Klintonun lehinə qanunsuz şəkildə verildiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi