Yuxarı

Banqladeş Azərbaycana yeni səfir təyin edib

Banqladeş Azərbaycana yeni səfir təyin edib

Diplomat həmçinin Banqladeşin Türkiyə, Bolqarıstan və Ermənistandakı səfiri kimi akkreditasiyadan keçəcək

Bakı. 24 aprel. REPORT.AZ/ Banqladeş hökuməti Azərbaycana yeni səfir təyin edib. "Report" Banqladeş mətbuatına istinadən xəbər verir ki, yeni səfir Allama Siddiki olacaq. 

A.Siddiki həmçinin Banqladeşin Türkiyə, Bolqarıstan və Ermənistandakı səfiri kimi akkreditasiyadan keçəcək. Daha əvvəl o, Banqladeşin London, İslamabad, Kəlküt və Tokyodakı diplomatik missiyalarında çalışıb. 

A.Siddiki bu vəzifədə Cənubi Koreyaya yeni təyinat alan Zulfiqur Rəhmanı əvəz edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi