Bakıda Azərbaycan və İtaliyanın XİN başçıları arasında görüş keçirilib - YENİLƏNİB

Bakıda Azərbaycan və İtaliyanın XİN başçıları arasında görüş keçirilib - YENİLƏNİB Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb.
Xarici siyasət
18 İyul , 2018 17:12
Bakıda Azərbaycan və İtaliyanın XİN başçıları arasında görüş keçirilib - YENİLƏNİB
mfa.gov.az
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb.

"Report"un xəbərinə görə, görüş əsnasında nazirlər İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana həyata keçirilən rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.

Nazir Elmar Məmmədyarov İtaliya prezidentinin ölkəyə ilk səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd edib.

Nazir Elmar Məmmədyarov İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxunub. Nazir E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirib.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan nazir E.Məmmədyarov Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Enzo Moavero Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirib. İkitərəfli əlaqələrlə bərabər o, İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini deyib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


*** 15:40

Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Entso Moavero Milanezi arasında görüş keçirilir.

"Report" xəbər verir ki, təkbətək görüşdə E.Məmmədyarov və onun italiyalı həmkarı bir sıra sahələr, o cümlədən energetika, sənaye və nəqliyyat sahələri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsini, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.

Ardından görüş genişlənmiş formatda davam etdiriləcək.

Qeyd edək ki, E.M.Milanezi Bakıya İtaliya prezidenti Serco Mattarellanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində gəlib.

Son xəbərlər

Orphus sistemi