Azərbaycanla Xorvatiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla Xorvatiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Elmar Məmmədyarov xorvatiyalı həmkarı Miro Kovaç ilə görüşüb
Xarici siyasət
22 Sentyabr , 2016 11:14
Azərbaycanla Xorvatiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində xorvatiyalı həmkarı Miro Kovaç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, görüşdə Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıblar. 

Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi