Yuxarı

Azərbaycanla Xorvatiya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Elmar Məmmədyarov xorvatiyalı həmkarı Miro Kovaç ilə görüşüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində xorvatiyalı həmkarı Miro Kovaç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, görüşdə Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğulayıblar. 

Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi