Azərbaycanla bağlı hesabat AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında müzakirə olunacaq

Azərbaycanla bağlı hesabat AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında müzakirə olunacaq Hesabatın ilkin layihəsi sentyabr ayında AŞPA-nın Monitorinq Komitəsinin iclasında təqdim olunacaq
Xarici siyasət
21 İyun , 2017 17:40
Azərbaycanla bağlı hesabat AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında müzakirə olunacaq

Bakı. 21 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda sentyabrda Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabatın ilkin layihəsini təqdim edəcəklər. 

Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən bildiriblər.

Hesabatın özünün isə oktyabr ayında AŞPA-nın payız sessiyasında təqdim olunacağı planlaşdırılır.

Xatırladaq ki, həmməruzəçilər iyunun 12-14-də Azərbaycana səfər ediblər. Səfər zamanı onlar ölkə prezidenti, parlemantin spikeri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokurorun müavini, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizliyi Xidmətinin və Ombudsman Aparatının nümayəndələri ilə görüşüblər. Eyni zamanda, Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşüblər.

Son xəbərlər

Orphus sistemi