Yuxarı
    Bağlamaq

    Azərbaycanın səfirliyi Qudauridəki hadisədə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır

    Səfirliyə heç bir məlumat daxil olmayıb

    Tbilisi. 16 mart. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin Qudauri bölgəsindəki dağ-xizək kurortunda baş vermiş hadisə nəticəsində yaralananlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır.

    Səfirlikdən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, hadisədən bir neçə saat keçməsinə baxmayaraq, xəsarət alanlar arasında azərbaycanlıların olması barədə səfirliyə heç bir məlumat daxil olmayıb. 

    "Buna baxmayaraq, səfirlik hadisə ilə əlaqədar araşdırma aparır. Hadisə nəticəsində xəsarət alan Azərbaycan vətəndaşı olarsa, ona müvafiq köməklik göstəriləcək", - diplomatik korpusdan qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi