Azərbaycanın səfirliyi Qudauridəki hadisədə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır

Azərbaycanın səfirliyi Qudauridəki hadisədə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır Səfirliyə heç bir məlumat daxil olmayıb
Xarici siyasət
16 Mart , 2018 15:31
Azərbaycanın səfirliyi Qudauridəki hadisədə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır

Tbilisi. 16 mart. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin Qudauri bölgəsindəki dağ-xizək kurortunda baş vermiş hadisə nəticəsində yaralananlar arasında azərbaycanlıların olub-olmadığını araşdırır.

Səfirlikdən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, hadisədən bir neçə saat keçməsinə baxmayaraq, xəsarət alanlar arasında azərbaycanlıların olması barədə səfirliyə heç bir məlumat daxil olmayıb. 

"Buna baxmayaraq, səfirlik hadisə ilə əlaqədar araşdırma aparır. Hadisə nəticəsində xəsarət alan Azərbaycan vətəndaşı olarsa, ona müvafiq köməklik göstəriləcək", - diplomatik korpusdan qeyd olunub.

Son xəbərlər

Orphus sistemi