Yuxarı

Parlament nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasiminə qatılacaq

Parlament nümayəndə heyəti İranın sabiq prezidentinin dəfn mərasiminə qatılacaq

Səfər yanvarın 12-də başa çatacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə bu gün İranın paytaxtı Tehran şəhərinə səfərə gedəcəklər.

Parlamentdən “Report”a verilən məlumata görə, nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək.

Səfər yanvarın 12-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi