Yuxarı

Azərbaycan XİN Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib

Azərbaycan XİN Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib

Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək
© Report

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya gələcəyini təsdiqləyib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.Lavrov noyabrın 20-də Azərbaycanda səfərdə olacaq.

H.Hacıyev deyib ki, Azərbaycaın xarici işlər naziri Elmar Məmmədyarov isə noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi