Azərbaycan Xarici İşlər naziri
XİN-dən "Report"a verilən məlumata görə, tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətlərin hazırkı durumu, habelə əməkdaşlıq gündəliyində duran bir sıra aktual məsələləri müzakirə ediblər.
Telefon danışığı zamanı Səudiyyə Ərəbistanı və Azərbaycan arasında bərpa olunan enerji, turizm və digər sahələrində əməkdaşlıq məsələlərinə toxunulub və ümumdünya sağlamlıq böhranı bitdikdən sonra bu istiqamətdə səylərin daha da artırılmasının əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Tərəflər Azərbaycan Prezidentinin təşəbbüsü ilə cari il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunan Zirvə görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.