Yuxarı

Azərbaycan və Çin məhkumların təhvil verilməsi barədə razılığa gəlib

​Azərbaycan və Çin məhkumların təhvil verilməsi barədə razılığa gəlib

Çinin ali qanunverici orqanı Azərbaycan və bu ölkə arasında məhkumların təhvil verilməsi barədə razılığı təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Sinhua" agentliyi məlumat yayıb.

Çin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin üzvləri qanunverici orqanın sessiyasında sazişin ratifikasiyasının lehinə səs veriblər.

On doqquz maddədən ibarət olan sazişdə təhvil vermə prosedurunun şərtləri, zəruri sənədlər və xərclər əksini tapıb.

Bu məsələni şərh edən Çinin Ədliyyə naziri Fu Çjenhua sazişin ratifikasiyasının Çin və Azərbaycan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığının möhkəmləndirilməsinə, eləcə də ikitərəfli əlaqələrin inkişafına yardım edəcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi