Yuxarı

Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub

​Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzaki

Latviyaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Latviya Respublikasının Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparıblar.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və səfər mübadiləsinin reallaşdırılması müzakirə edilib.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi