​Aureliya Buşe: Fransanın dövlət katibi Bakıya şəhərlər arasında əməkdaşlıq qurmağa gəlir

​Aureliya Buşe: Fransanın dövlət katibi Bakıya şəhərlər arasında əməkdaşlıq qurmağa gəlir Andre Vallininin Bakıda keçirəcəyi görüşlərdə əsas mövzulardan biri, turizmin fəallaşdırılması olacaq
Xarici siyasət
19 Noyabr , 2015 23:39
​Aureliya Buşe: Fransanın dövlət katibi Bakıya şəhərlər arasında əməkdaşlıq qurmağa gəlir

Bakı. 19 noyabr. REPORT.AZ/ 25-27 noyabr tarixlərində Fransanın ərazi islahatları üzrə dövlət katibi Andre Vallininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olacaq.

"Report" xəbər verir ki, Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aureliya Buşe bildirib ki, nümayəndə heyətinin səfər etməkdə əsas məqsədi Fransa və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq üçün bazanın yaradılmasıdır.

Onun sözlərinə görə, Andre Vallininin Bakıda keçirəcəyi görüşlərdə əsas mövzulardan biri, həmçinin turizmin fəallaşdırılması olacaq. Səfir bildirib ki, turizmi ayrıca şəhər və kəndlər səviyyəsində inkişaf etdirmək vacibdir.

Son xəbərlər

Orphus sistemi