Yuxarı
    Bağlamaq

    ​Aureliya Buşe: Fransanın dövlət katibi Bakıya şəhərlər arasında əməkdaşlıq qurmağa gəlir

    Andre Vallininin Bakıda keçirəcəyi görüşlərdə əsas mövzulardan biri, turizmin fəallaşdırılması olacaq

    Bakı. 19 noyabr. REPORT.AZ/ 25-27 noyabr tarixlərində Fransanın ərazi islahatları üzrə dövlət katibi Andre Vallininin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olacaq.

    "Report" xəbər verir ki, Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aureliya Buşe bildirib ki, nümayəndə heyətinin səfər etməkdə əsas məqsədi Fransa və Azərbaycan şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq üçün bazanın yaradılmasıdır.

    Onun sözlərinə görə, Andre Vallininin Bakıda keçirəcəyi görüşlərdə əsas mövzulardan biri, həmçinin turizmin fəallaşdırılması olacaq. Səfir bildirib ki, turizmi ayrıca şəhər və kəndlər səviyyəsində inkişaf etdirmək vacibdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi