ATƏT-in Parlament Assambleyasının prezidenti payızda Azərbaycana səfər edəcək

ATƏT-in Parlament Assambleyasının prezidenti payızda Azərbaycana səfər edəcək Kristina Muttonen Azərbaycana çox güman ATƏT PA-nın yay sessiyasından sonra gələcək
Xarici siyasət
5 May , 2017 12:22
ATƏT-in Parlament Assambleyasının prezidenti payızda Azərbaycana səfər edəcək

Bakı. 5 may. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının prezidenti Kristina Muttonen çox güman ATƏT PA-nın yay sessiyasından sonra, yəqin ki, payızda Azərbaycana gələcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclisin sədrinin müavini Bahar Muradova bildirib.

Onun sözlərinə görə, K.Muttonenin bu sessiyadan əvvəl gəlişi gözlənilsə də, bu mümkün olmayıb. B.Muradova hazırda səfərin dəqiq tarixi üzərində iş aparıldığını əlavə edib.

Qeyd edək ki, ATƏT PA-nın yay sessiyası iyulun 5-9-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi