"Report" xəbər verir ki, RF MRİ-nin hesabat-seçki qurultayı beş ildən bir keçirilir. Bu il qurultay ilk dəfə Moskva Cümə Məscidində baş tutur.
VII hesabat-seçki qurultayı bu il 60 yaşını qeyd etmiş RF MRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddini yekdilliklə yenidən təşkilatın rəhbəri seçib.
Qurultayda açıqlanan məlumata görə, RF MRİ bu gün Rusiyanın 53 subyektindən 2 mindən çox mərkəzləşdirilmiş və yerli müsəlman təşkilatlarını birləşdirir. İclasda 149 qurultay nümayəndəsi, federal və regional hökumət nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar və jurnalistlər iştirak edir.
İqbal Rüstəmov