Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir

Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin (RF MRİ) VII hesabat-seçki qurultayında iştirak etmək məqsədilə Moskvada səfərdədir.
Xarici siyasət
106
23 Sentyabr , 2019 15:16
Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə / Report/ Elchin Murad

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin (RF MRİ) VII hesabat-seçki qurultayında iştirak etmək məqsədilə Moskvada səfərdədir.

"Report" xəbər verir ki, RF MRİ-nin hesabat-seçki qurultayı beş ildən bir keçirilir. Bu il qurultay ilk dəfə Moskva Cümə Məscidində baş tutur.

VII hesabat-seçki qurultayı bu il 60 yaşını qeyd etmiş RF MRİ-nin banisi və rəhbəri müftü şeyx Ravil Qəynüddini yekdilliklə yenidən təşkilatın rəhbəri seçib.

Qurultayda açıqlanan məlumata görə, RF MRİ bu gün Rusiyanın 53 subyektindən 2 mindən çox mərkəzləşdirilmiş və yerli müsəlman təşkilatlarını birləşdirir. İclasda 149 qurultay nümayəndəsi, federal və regional hökumət nümayəndələri, xaricdən dəvət olunmuş qonaqlar və jurnalistlər iştirak edir.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi