Rusiyadan gələn Azərbaycan vətəndaşlarının təxliyəsi prosesi müəyyənləşib

Rusiyadan gələn Azərbaycan vətəndaşlarının təxliyəsi prosesi müəyyənləşib Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.
Daxili siyasət
31 Mart , 2020 17:55
Rusiyadan gələn Azərbaycan vətəndaşlarının təxliyəsi prosesi müəyyənləşib

Azərbaycan və Rusiya arasında sərhəd-keçid məntəqələri vasitəsilə Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri daxil olmaqdadır.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya Federasiyası arasında əldə olunmuş razılığa əsasən 31 mart 2020-ci il tarixindən etibarən Rusiya Federasiyasından Azərbaycana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının Samur-Yaraq Qazmalar dövlət sərhədinin buraxılış məntəqəsindən müvəqqəti olaraq hər həftənin şənbə günləri müəyyən olunmuş vaxtda keçidi həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi