Bakı. 15 may. REPORT.AZ/
Bugünkü iclasda "Reklam haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna və Mülki Məcəlləyə dəyişikliklər edilməsi, eləcə də "Vətəndaşların müraciətləri haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirə edilməsi nəzərdə tutulub.
İclasda Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklifinə də baxılacaq.