Yuxarı

Milli Məclisin iclası başlayıb

Gündəlikdə 7 məsələ var

Bakı. 15 may. REPORT.AZ/ Milli Məclisinin növbəti plenar iclası başlayıb. "Report" xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Bugünkü iclasda "Reklam haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna və Mülki Məcəlləyə dəyişikliklər edilməsi, eləcə də "Vətəndaşların müraciətləri haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirə edilməsi nəzərdə tutulub.  

İclasda Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklifinə də baxılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi