Parlamentin İntizam və Hesablayıcı komissiyalarnın yeni tərkibi məlum olub - SİYAHI

Parlamentin İntizam və Hesablayıcı komissiyalarnın yeni tərkibi məlum olub - SİYAHI Komissiyaların yeni tərkiblərinin təsdiqlənməsi məsələsi Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyinə daxil edilib
Daxili siyasət
30 Yanvar , 2016 11:16
Parlamentin İntizam və Hesablayıcı komissiyalarnın yeni tərkibi məlum olub - SİYAHI

Bakı. 30 yanvar. REPORT.AZ/ Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yeni tərkibi məlum olub.

"Report" xəbər verir ki, parlamentin İntizam Komissiyasında deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə təmsil olunacaq.

Qanunverici orqanın Hesablayıcı Komissiyasının tərkibinə isə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilib.

Komissiyaların yeni tərkiblərinin təsdiqlənməsi məsələsinə Milli Məclisin fevralın 1-də keçiriləcək iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi